18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda quldurluq: Qadını döyüb çantasını oğurladılar
Paytaxt sakinlərinə qarşı qulduqluq edən şəxslər saxlanılıblar.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini Vüsal Abıyev 25-ci polis şöbəsinə müraciət edərək Şərifli küçəsi 96 ünvanında tanımadığı iki şəxsin ona hücum edərək xəsarət yetirdiklərini, daha sonra mobil telefonunu və noutbukunu əlindən aldıqlarını bildirib.
Bu hadisədən üç gün sonra eyni məzmunlu şikayətlə polis şöbəsinə bir qadın da müraciət edərək içərisində pulu və sənədləri olan əl çantasının naməlum şəxslər tərəfindən zorla əlindən alındığını bildirib. Hər iki quldurluq hadisəsi ilə bağlı 25-ci polis şöbəsində dərhal araşdırmalara başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətlərin eyni şəxslər tərəfindən törədildiyi müəyyənləşib.
Quldurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Rufullayev və Azər Qurbanov qısa zamanda tutularaq istintaqa təqdim ediliblər. Saxlanılan şəxslər quldurluq hadisələri zamanı zərərçəkənlərə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Faktlarla bağlı 25-ci polis şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci polis şöbəsinə müraciət edə bilərlər.
İsmayil İsmayilov
Emtv.az