18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ağalarovların təşkil etdiyi həmin görüş barədə Tramp nə deyib? – Prokurorun sualı və prezidentin ona cavabı…
ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin prezident Donald Trampa ünvanladığı suallar və prezidentin bu suallara verdiyi cavabların məzmunu KİV-lərə sızdırılıb.
Emtv.az xəbər verir ki, Amerika telekanalları xüsusi prokurorun prezident Trampa göndərdiyi suallardan ikisi barədə məlumat yayıb.
Bunlardan biri 2016-cı ilin iyulunda Nyu-Yorkdakı “Trump Tower” biznes mərkəzində Azərbaycan əsilli rusiyalı oliqarx Araz Ağalarovun və oğlu Emin Ağalarovun təşkilatçılığı ilə baş tutmuş görüş barədədir. Həmin görüşdə Trampın oğlu kiçik Donald və kürəkəni Jared Kuşner və rusiyalı vəkil Natalya Veselnitskaya iştirak ediblər. Görüş Hillari Klinton barədə kompromatlar ötürmək üçün təşkil edilmişdi.
Kompromatları isə yazışmalara əsasən, Araz Ağalarova baş prokuror Yuri Çayka ötürmüşdü.
Lakin görüş başlayanda məlum olub ki, Veselnitskayanın əlində əslində heç bir kompromat mövcud deyil. Ən azından Trampın oğlu bu görüş barədə Senatda keçirilən dinləmələrdə belə demişdi.
Telekanallar xəbər verir ki, Tramp bu görüş barədə əvvəlcədən heç nə bilmədiyini yazıb.
Prezidentin xüsusi prokurora cavabları yazılı formada göndərilib. Tramp deyib ki, cavabları özü yazıb, üstəlik xüsusi çətinlik çəkmədən.
Bildirilir ki, Trampın Rusiya ilə mümkün gizli əlaqələr barədə bütün suallara cavabı mənfidir.virtualaz.org
Sevinc Əlimova,
Emtv.az.
Paylaş.