17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Prezident İlham Əliyev gün ərzində mətbuatı şəxsən izləyir” – Vladimir Solovyov
Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün təəssüratları barədə danışıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Vladimir Solovyov Prezident İlham Əliyevin Rusiya və Azərbaycan mətbuatında baş verənlərdən çox ətraflı məlumatlı olduğunu söyləyib. O, Prezident İlham Əliyevin söhbət zamanı dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkdiyini bildirərək deyib: “Hiss edirdim ki, Prezident gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, Prezident İlham Əliyev Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində dövlət başçısının bu cür materialları izləməklə problemi olmur”.
Rusiya Jurnalistlər İttifaqının sədri onu da əlavə edib ki, Azərbaycan və Rusiya prezidentlərinin xarakterində bir çox oxşar cəhətlər var. Onlar inanılmaz siyasi üfüqə sahibdirlər. Çətin ki, digər prezidentlər onlarla müqayisə olunsun.
Sevinc Əlimova,
Emtv.az