18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev Heydər Əliyevlə Vladimir Putinin ilk görüşü barədə danışıb
Azərbaycan Prezidenti İlham Əliyev “Putin” filmi üçün jurnalist Andrey Kondraşova verdiyi müsahibədə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və bu prosesdə Rusiya prezidenti Vladimir Putinin rolu barədə danışıb.
Emtv.az “İnterfaks”a istinadən xəbər verir ki, İlham Əliyev bununla bağlı deyib: “V.Putin hakimiyyətə gəldikdən sonra Azərbaycan-Rusiya münasibətləri köklü şəkildə dəyişdi. Atamın – Heydər Əliyevin Rusiya lideri ilə ilk görüşü barədə xüsusi xatirələrim var”.
Həmin vaxt Heydər Əliyev Azərbaycan Prezidenti postunda idi. İ.Əliyev xatırlayır ki, görüş çox uzun çəkmişdi və ondan sonra “atam Rusiya prezidentinin buraxdığı təəssürat haqqında ətraflı danışırdı”.
“Əlbəttə, onları çox şey birləşdirirdi. Onlar eyni məktəbdə – DTK-nın Leninqraddakı Ali Məktəbində təhsil almışdılar, həmkar idilər. Onlar bir-birlərini çox yaxşı anlayırdılar və münasibətlərini etimad üzərində qurmuşdular”, – Azərbaycanın dövlət başçısı qeyd edib.
İ.Əliyev onu da əlavə edib ki, atasının fikrincə, “Putinin timsalında Azərbaycan etibarlı tərəfdaş əldə edib”.
Emtv.az