SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin mühüm məqamlarla yadda qalan xarici səfərləri

24-11-2018, 19:49 | Oxunub: 18 480 |

Prezidentin mühüm məqamlarla yadda qalan xarici səfərləri

Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi daha da möhkəmləndirilir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 21-22 noyabr 2018-ci il tarixdə Türkmənistana rəsmi səfəri bir çox mühüm məqamlarla yadda qaldı.

22 noyabr 2018-ci ildə dövlət başçılarının imzaladığı birgə bəyanatın əsas müddəalarına nəzər saldıqda, bu səfərin nə qədər mühüm əhəmiyyət daşıdığı bir daha əyani şəkildə özünü göstərir:

Öncə ona diqqət yetirmək lazımdır ki, Türkmənistan səfərində xüsusi bir məqam isə Dağlıq Qarabağ məsələsi ilə əlaqədardır. Belə ki, prezidentlərin imzaladığı birgə bəyanatda dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqlədilər. Bu indiki həssas məqamda önəmli amildir.

Vurğulamaq lazımdır ki, prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd ediblər...

Nəzərə çatdıraq ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu, həm enerji sahəsində, həm iqtisadi əməkdaşlıqda, həm də regional təhlükəsizlik məsələlərində özünü göstərir. Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmir yol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir, hər iki ölkənin maraqlarına, regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir.

Prezidentin mühüm məqamlarla yadda qalan xarici səfərləri

Eyni zamanda Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradıldığı bəllidir. Dövlətimizin başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib.

Prezident İlham Əliyevin Türkmənistan prezidenti ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşündə iki ölkə arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bu xüsusda diqqətçəkən bir neçə məqamı qeyd edək:


- Prezidentlər 2018-ci il 12 avqust tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğuladılar və bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini nəzərə çatdırdılar.

- Dövlət başçıları Azərbaycan və Türkmənistanın tranzit yüklərinin, həmçinin ixrac-idxal yüklərinin daşınması məsələlərinin operativ həll edilməsi üçün nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılmasını dəstəklədilər.

- Dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan etdilər.

Nəticə etibarı ilə səfər çərçivəsində imzalanan sənədlər də diqqəti cəlb edir. Bildirək ki, Türkmənistan səfəri zamanı dövlət başçılarının birgə bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.

Bu sıraya daxildir:

- Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2021-ci illər üzrə iqtisadi-ticari sahədə əməkdaşlıq proqramı;

- Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında 2019-2022-ci illər üzrə nəqliyyat sahəsində əməkdaşlıq proqramı;

- Azərbaycan Respublikası hökuməti və Türkmənistan hökuməti arasında nəqliyyat, tranzit və logistika sahəsində Azərbaycan-Türkmənistan birgə komissiyasının yaradılması haqqında saziş;

- Azərbaycan Dəmir Yolları və Türkmənistanın transport və tranzit üzrə dəmir-yolları nazirliyi arasında saziş;

- Bakı Beynəlxalq dəniz portu ilə Türkmənbaşı dəniz portu arasında əməkdaşlıq haqqında saziş;

- İkiqat vergitutmanın aradan qaldırılması; 2019-2021-ci illər ərzində elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq; uzunmüddətli iqtisadi-ticari əməkdaşlıq; ADA Universiteti ilə Türkmənistan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq Əlaqələr institutu və Türkmənistanın humanitar elmlər və inkişaf üzrə beynəlxalq universiteti arasında əməkdaşlıq haqqında sazişlər və digər sənədlər.

Onu da nəzərə çatdıraq ki, 2017-ci ildə “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji Tərəfdaşlıq haqqında

Bəyannaməyə” imzalanmışdı. Bu bəyannamə iki dövlət arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafını xarakterizə edir.

Prezident İlham Əliyevin xarici səfərləri, mühüm dövlətləri, beynəlxalq qurumları təmsil edən əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu təmaslar və əldə olunan razılaşmalarla, saziş və birgə bəyanatlarla Azərbaycanın Dağlıq Qarabağ məsələsində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. Bu kimi mövqelər dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə təsbit olunur.

Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir.Musavat.com, Analitik şöbə.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR