18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İlham Əliyev Rəşid Meredovla görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Emtv.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin zəngin tarixə malik olduğunu bildirib və bu gün ikitərəfli münasibətlərin bütün sahələri əhatə edərək uğurla inkişaf etdiyini deyib.
Ölkələrimizin ikitərəfli və çoxtərəfli formatda fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev son illər birgə səylər nəticəsində əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib. Dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında siyasi sahədə fəal qarşılıqlı fəaliyyətin mövcud olduğunu deyib, ölkələrimizin digər istiqamətlərdə, o cümlədən nəqliyyat, energetika, mədəniyyət sahələrində də əlaqələrinin uğurla inkişaf etdiyini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bütün bunlar bizim uzun əsrlik qardaşlıq əlaqələrimizə əsaslanır və biz münasibətlərimizin gələcəyinə nikbinliklə baxırıq. Dövlət başçısı Azərbaycan ilə Türkmənistan və eləcə də xalqlarımız arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirərək Rəşid Meredovun səfərinin qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini deyib.
Xoş sözlərə görə minnətdarlığını bildirən Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, ilk növbədə, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ehtiramını dövlət başçısına çatdırıb. Xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan dövlətinin başçısı Prezident İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik etmək barədə tapşırıq verib və o, Qurbanqulu Berdiməhəmmədovun təbrik məktubunu dövlət başçısına təqdim edib.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını və ən səmimi arzularını Türkmənistan Prezidentinə çatdırmağı xahiş edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın və Türkmənistanın dövlət başçıları arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin münasibətlərinin inkişafında mühüm amildir.
Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İsmayil İsmayilov
Emtv.az