18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Donald Tusk: “Avropa İttifaqı ilə Böyük Britaniya arasında siyasi bəyannamə razılaşdırılıb”
Avropa İttifaqı(Aİ) ilə Böyük Britaniya arasında “Brexit”dən sonrakı dövrdə ticarət əlaqələri, habelə təhlükəsizlik və başqa sahələrdə əməkdaşlıq məsələlərini tənzimləyən siyasi bəyannamə razılaşdırılıb.
Emtv.az yerli mətbuata istinadən xəbər mverir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk “Twitter”dəki səhifəsində yazıb.
“Aİ ilə Böyük Britaniya arasındakı gələcək münasibətlər barədə siyasi bəyannamənin layihəsini elə indicə Aİ-nin 27 üzvünə göndərdim. Avropa Komissiyasının sədri sənədin siyasi prinsiplər üzrə razılaşdırıldığını, indi də ölkələrin liderləri tərəfindən təsdiq olunmasının qaldığını mənə bildirdi”.
Qeyd olunub ki, hər şey plana görə getsə, Aİ ilə Böyük Britaniya bu bəyannaməni ticarət sazişinin bünövrəsi kimi istifadə edəcəklər. Həmin saziş gələn ilin martın 29-dan başlayacaq 21 aylıq keçid dövrü ərzində təsdiq olunmalıdır. Bu müddətdə Böyük Britaniya Avropa müştərək bazarının və Gömrük Birliyinin üzvü olaraq qalacaq.
Həmçinin siyasi bəyannamə və daha əvvəl təsdiq olunmuş “Brexit” sazişi Avropa İttifaqının noyabrın 25-də keçirilmiş zirvə görüşündə təsdiq olunarsa, Baş nazir Tereza Meyin bu sənədləri parlamentdən keçirməli olacağı da vurğulanıb.
Xumar Rəsulova,
Emtv.az
paylaş.