SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq

21-11-2018, 11:49 | Oxunub: 18 634 |

Azərbaycanda yeni sayğaclar quraşdırılır - Telefonla balansa qaz yükləmək olacaq
"Azəriqaz" İstehsalat Birliyi yeni sayğacların tətbiqinə başlayır.

Yeni sayğaclar bir çox xüsusiyyətlərinə görə əvvəlki sayğaclardan fərqlənir.

Emtv.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev modern.az-a açıqlamasında bunu təsdiqləyib və bildirib ki, artıq yeni sayğaclar test rejimində yoxlanılıb:

"İTRON" firmasına məxsus yeni sayğaclar vasitəsilə vətəndaşların ödəniş imkanları asanlaşır. Əvvəlki smart-kartlarda abonent tərəfindən müəyyən zədələnmələr, əzilmə halları baş verirdi ki, belə olan halda məbləğ sayğaca yüklənmirdi. Buna görə də problemi həll edənədək vətəndaşlar qazsız qalırdı. Yeni kartlarda isə bütün bunlar nəzərə alınıb. Belə ki, yeni kartlarda çip hissəsi yoxdur. Çip hissə kartın daxilində yerləşdirildiyindən, abonent məbləği yükləmək üçün kartı sayğaca daxil etməyəcək. Kartı sayğaca yaxınlaşdırmaqla, ödənişi rahat şəkildə həyata keçirmiş olacaq.

Eyni zamanda, əvvəlki qaz sayğaclarının göstərici lövhəsində işıqlandırma olmadığından, qaranlıqda sayğac üzərində hər hansı əməliyyat aparmaq çətinləşirdi. Yeni sayğacların ekranında isə işıq sistemi yardılıb ki, qaranlıq saatlarda rahatlıqla əməliyyatlar icra etmək mümkündür".

Qurum rəsmisi daha bir yeniliyin telefon vasitəsilə ödəniş etmək olduğunu açıqlayıb:

"Bunun üçün abonent telefonuna proqram təminatı yükləməlidir. Bundan sonra xüsusi e-mail vasitəsilə qeydiyyata alınacaq. Balansı istədiyi qədər artıracaq və telefonu sayğaca yaxınlaşdırmaqla ödəniş etmiş olacaq".

İ.Kərbalayevin sözlərinə görə, bir müddət əvvəl ölkəyə test üçün 70 sayğac gətirilib:

"Sayğaclar sınaqdan keçib və hazırda ikinci sınaq dövrü də uğurla başa çatıb. Hazırda yeni sayğacların tətbiqinə başlanılıb. Ölkəyə tələbata uyğun olaraq, kifayət qədər sayğac gətirilib və dövlət yoxlamasından keçirilib, quraşdırılması üçün hazır vəziyyətdədir".

Qurum rəsmisi qeyd edib ki, yeni sayğacların quraşdırılması kütləvi xarakter daşımayacaq:

"İstismar müddəti başa çatmış, zədələnmiş sayğacların dəyişdirilməsinə ehtiyac yarandığı zaman, yeni sayğaclardan istifadə ediləcək".

Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR