SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda dayısı tərəfindən zorlanan qızın anası qardaşını müdafiə edir

17-11-2018, 14:51 | Oxunub: 11 641 |

Azərbaycanda dayısı tərəfindən zorlanan qızın anası qardaşını müdafiə edir

Azərbaycanda doğma dayısı tərəfindən seksual zorakılığa məruz qalmış azyaşlı qız indi başqa cür təhlükə ilə qarşılaşıb. Onun anası öz qardaşını müdafiə edərək, qızının günahkar olduğunu bildirərək, ləkələyir.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə deyib: “Mən bu qıza qarşı haqsızlığa son qoymaq üçün mətbuat konfransı keçirmək məcburiyyətində qaldım. O artıq bir ildir birliyin sığınacağında yaşayır, reabilitasiya keçib.

Ona təcavüz edən həbs olunub.

Lakin, təəssüf ki, uşağın anası belə bir dəhşəti yaşamış qızını dəstəkləmək əvəzinə onu ləkələməyə çalışır”,- deyə K. Ağazadə qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ilin dekabrında polislər sığınacağa 14 yaşlı qız gətiriblər. Sonradan məlum olub ki, o doğma dayısının seksual zorakılığından xilas olmaq üçün evdən qaçıb: “Valideynləri ayrıldıqdan sonra, qız anasının himayəsinə verilib. Ana Türkiyədə, qız isə Azərbaycanda, nənəsinin və dayısının yanında yaşayıb. Evdən qaçarkən o hər şeydən qorxurdu, özünə qapanmışdı.

Sığınacaqda olarkən onun öz həyatı barədə danışdıqları qan dondururdu. Məlum oldu ki, qız səkkiz il dayısının təcavüzünə məruz qalıb. Dayısı qorxutduğuna görə, o, dərdini heç kimə danışa bilməyib.

Uşaq dayısının əlindən canını qurtarmaq üçün gah atasının, gah xalasının yanında qalsa da, yenidən nənəsinin evinə dönmək məcburiyyətində olub və çəkdiyi zülmlər yenidən başlayıb”, – deyə hüquq müdafiəçisi bildirib.

Sığınacaqda bu barədə məlumat əldə edilən kimi polisə müraciət olunub.

“Cinayət işi açıldı və dayının təqsiri sübut edildi. O, 12 il müddətinə azadlıqdan məhrum olundu. Lakin, qızın anası və nənəsi onu dəstəkləmək əvəzinə şərləməyə üstünlük verdilər.

Vəkillə iş birliyinə girən ana və nənə azyaşlı qıza qarşı sosial şəbəkələrdə təbliğat aparmağa başladılar və bu da onun həyatını təhlükə qarşısında qoyur. Sosial şəbəkədə ana və nənənin yaydığı bu videolardan sonra qız daha çox qorxmağa başlayıb və məktəbə getməkdən imtina edir.

Bu olanlara aydınlıq gətirmək üçün mən ictimaiyyətə məlumat vermək istədim. Bu tədbirə gələn bloqer Elvin etiraf edib ki, yayılan videogörüntü sifarişli olub və internetdə ailənin vəkilinin tələbi ilə yayımlanıb. Zərərçəkən qızın anası öz qızına qarşı vəkillə iş birliyinə girib.

Bloqerin etirafı əsasında biz Azərbaycan Vəkillər Kollegiyasına şikayət məktubu göndərmişik və məhkəməyə müraciət etmişik. Ümid edirik ki, belə çirkli işlərlə məşğul olan vəkil öz cəzasını alacaq.

Hazırda mənim himayəm altında olan 14 yaşlı qızı onun həyatını məhv etmiş doğmaları nəhayət ki rahat buraxacaqlar”, – deyə o əlavə edib.

Sevinc Əlimova,
Emtv.az


Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR