SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

DİN: Sağlamlıq üçün təhlükəli olan balıq və qanunsuz ovlanmış quşlar götürülüb

16-11-2018, 16:33 | Oxunub: 10 952 |

DİN: Sağlamlıq üçün təhlükəli olan balıq və qanunsuz ovlanmış quşlar götürülüb
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ov mövsümünün başlanması ilə əlaqədar respublikanın sututarlarında brakonyerliyə, balıq və balıq məmulatlarının qanunsuz ovlanması, satılması, ölkədən kənara çıxarılması və digər hüquq pozuntularının qarşısının alınması məqsədilə əməliyyat və profilaktiki tədbirləri uğurla davam etdirirlər.

Emtv.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yerli medyaya bildiriblər ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 14-də paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirilmiş reydlər nəticəsində 1 nəfər saxlanılıb.

Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan hisə verilmiş 28 ədəd kütüm, 2 ədəd adi siyənək və qaxac edilmiş 5 kütüm balığı maddi sübut kimi götürülüb. Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsi olmadan (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə - sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda brakonyerliyə, adları “Qırmızı kitab”a düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmadi olaraq reydlər keçirilir.

İdarə əməkdaşlarının noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində keçirdikləri digər növbəti belə reyd zamanı əcnəbi vətəndaş Mansor Alajmi adlı şəxs saxlanılıb. Bu şəxs isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi (lisenziyası) olmadan, adları “Qırmızı kitab”a düşmüş 1 ədəd sultantoyuğu və 14 ədəd gərəf ovlayıb.

Hazırda İdarədə iki faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq hər iki şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görüləcək.

Xumar Rəsulova
Emtv.az
Paylaş.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR