17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslər polislər tərəfindən saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçiriblər.
Emtv.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkarlanaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Emtv.az