18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır
Azərbaycanın şərab istehsalçıları bu ilin sonunda Monqolustana məhsul ixrac etməyə hazırlaşır.
Şirkətlər artıq bu istiqamətdə müqavilələr imzalayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, 1 həftə bundan əvvəl Çinin Şanxay şəhərində açılmış Azərbaycan Şərab Evində 120-dən çox çeşiddə şərab məhsullarının satışı həyata keçirilir.
"Üstəlik, bu ayın əvvəlində Çinə təşkil edilmiş səfər çərçivəsində Azərbaycan şirkətləri 50 mln. ABŞ dolları dəyərində razılaşmalar əldə edib", - deyə o, əlavə edib.
Y.Abdullayev həmçinin deyib ki, bu ilin sonuna qədər Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycan şərab məhsullarının ixracını 43% artırıb.
Xumar Rəsulova
Emtv.az
Paylaş.