18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan XİN Norveçin Bakıdakı səfirliyinin bağlanmasına münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyi Norveçin Bakıdakı səfirliyini bağlaması qərarına münasibət bildirib.
Emtv.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva yerli mətbuatın sorğusuna cavab olaraq deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır.
“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi – Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Bizdə olan məlumata görə, hazırda Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil”, – Azərbaycan XİN-in rəsmisi vurğulayıb.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: