17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Hərbi gəmi tankerlə toqquşdu, batmağa başladı
Dünən Norveçin qərbində, Hordaland bölgəsinin sahillərində, Bergen şəhərinin yaxınlığında Norveçin Kral Hərbi-Dəniz Qüvvələrinin "KNM Helge İngstad" freqatı Malta bayrağı altında üzən "Sola TS" neft tankeri ilə toqquşub.
Hadisə NATO-nun "Trident Juncture" təlimlərində baş verib.
Az sonra toqquşmuş gəmilərə "Tenax" buksiri dəyib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Norveç HDQ-nin ən böyük hərbi gəmisi olan "Helge Ingstad" toqquşma nəticəsində zədələnib, suya oturub və batmağa başlayıb.
137 nəfərlik heyəti olan freqatın tankerlə toqquşması nəticcəsində 8 nəfər yaralanıb. Yaralı dənizçilərin 6 nəfərinə hadisə yerində yardım göstərilib, 2 dənizçi hospitala aparılıb.
Freqat neft terminalına buksir edilib və onun batma təhlükəsi aradan qalxıb.
650 min barrel neft daşıyan tankerdən dənizə neft sızması təzlükəsi yoxdur. "Sola TS"nin 25 nəfərlik heyətindən kimsə xəsarət almayıb
Xumar Rəsulova
Emtv.az
Paylaş.