SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın BMT-dəki nümayəndəsi: “Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi hər yerdə tətbiq olunmalıdır”

10-11-2018, 16:38 | Oxunub: 8 989 |

Azərbaycanın BMT-dəki nümayəndəsi: “Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi hər yerdə tətbiq olunmalıdır”

“Bütün dövlətlər öz beynəlxalq öhdəliklərinə, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığı barədə öhdəliklərə ciddi riayət etməyə borcludurlar”.

Emtv.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasında bütün dünyada ümumi sülhün və təhlükəsizliyin qorunub saxlanmasına həsr edilən debatlarda bildirib.

O vurğulayıb ki, əgər hamılıqla tanınmış fundamental dəyərlərə, norma və prinsiplərə təcavüzü və digər qanunsuz hərəkətləri gizlətmək məqsədilə açıq-aydın etinasızlıq göstərilirsə, onda dinc, ədalətli və firavanlaşan dünyanın təmin edilməsi məqsədinə nail olmaq çətindir.

Y.Əliyev deyib ki, hazırda dünyanın qarşılaşdığı sülhə və təhlükəsizliyə təhdidlər beynəlxalq hüquqi qaydanın möhkəmlənməsinə və multikulturalizm prinsiplərinə sədaqətin dirçəldilməsini tələb edir: “BMT multikulturalizmin ən mühüm ilkin elementidir, onun Nizamnaməsində təsbit olunmuş məqsədlər və prinsiplər isə beynəlxalq münasibətlərdə normativ bazanın əsasını təşkil edir”.

Diplomatın fikrincə, hamılıqla qəbul edilən qaydaların və onların universal tətbiqinin alternativi yoxdur. O deyib ki, Azərbaycan BMT baş katibinin islahatlara sadiqliyini, müharibələrin qarşısının alınmasına, sülhün qorunmasına, daha davamlı inteqrasiyanın və BMT-nin səmərəliliyinin təmin edilməsinə şərait yaratmaq barədə qərarını yüksək qiymətləndirir və tamamilə dəstəkləyir: “Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi və ondan irəli gələn, beynəlxalq hüququn ciddi pozuntuları ilı bağlı vəziyyətlərin qəbuledilməzliyi barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır.

Şübhəsiz, bununla əlaqədar BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi və müvafiq hesabatlar verilməsi böyük əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının məcburi tələblər təsbit olunmuş qətnamələrinə açıq-aşkar etinasızlıq Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə başlıca məsuliyyətin yerinə yetirilməsində ümumi qəbul edilmiş praktika ola bilməz”.

Diplomat qeyd edib ki, son illərdə BMT Nizamnaməsinin VIII fəslinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindən və humanitar yardımdan başlamış, insan haqlarının inkişafı və müdafiəsinə qədər bütün sahələrdə BMT ilə onun regional tərəfdaşları arasında əməkdaşlığın möhkəmlənməsində ciddi irəliləyiş əldə edilib, lakin hələ də ciddi problemlər var. Regional təşkilatlar, bir qayda olaraq, silahlı münaqişələrin və böhranların səbəblərini və nəticələrini anlamaq və aradan qaldırmaq üçün yaxşı imkanlara malikdirlər.

Buna baxmayaraq, onların heç də hamısı üzv dövlətlər tərəfindən öz nizamnamə öhdəliklərinə riayət olunmasını təmin edə bilmir. Görünür, bəzi hallarda beynəlxalq hüququ pozanlar hərbi uğurlarını möhkəmlətmək üçün regional sazişlərdən sui-istifadə edir və regional münaqişələrin, təhlükəsizliklə bağlı başqa problemlərin həllinə nail olmağa yönəlmiş səyləri pozurlar.

Y.Əliyev çıxışının sonunda vurğulayıb ki, BMT yanında qlobal rəylər və birgə səylər münaqişələrə, iqlim dəyişmələrinə və qlobal terrorimə qarşı mübarizənin, məcburi köçkün və miqrant axınlarının idarə edilməsinin, bütün dünyada sülhə, ümumi davamlı inkişafa və insan haqlarına nail olmağın ən səmərəli üsullarıdır.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR