18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Gələn il əhalinin gəlirləri 9 faiz artacaq” – Nazir müavini bu barədə danışdı.
“2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir.Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.
Emtv.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Onun sözlərinə görə, 2019-cu ilin büdcəsinə diqqət etdikdə demoqrafik vəziyyətə toxunmamaq mümkün deyil: “Azərbaycanda demoqrafik göstəricilərimiz çox yüksəkdir. Əhalimiz cavandır. 15-64 yaş arasında olan əhalinin sayı 71 faiz, 71 yaşdan yuxarı olanların sayı isə təxminən 6.3 faiz təşkil edir. Bilirsiniz ki, Avropada 65 yaşdan yuxarı olanların sayı daha yüksəkdir. Bizim əhalimizin tərkibində əmək qabiliyyətli olanların sayının çox olması mühüm sayılır. Əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı çox olduqda, o zaman pensiya sisteminin dayanıqlı daha yaxşı olar. Çünki sosial sığorta haqları bu insanlardan asılıdır. Gələn il əmək qabiliyyətli əhalinin 5 milyona çatacağı proqnozlaşdırılır. 2019-cu ildə əhalinin gəlirləri 9 faiz artacaq. Növbəti ildə orta aylıq əmək haqqı 5,7 faiz artaraq 642 manata çatacaq. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur. Çünki pensiya yaşının artması buna təsir edib”
Xumar Rəsulova
Emtv.az
Paylaş.