SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Əmək pensiyalarının orta aylıq məbləği artıb - Səlim Müslümov

19-07-2017, 12:46 | Oxunub: 12 843 |

Əmək pensiyalarının orta aylıq məbləği artıb - Səlim Müslümov
Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarısına dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib:

“Ümumiyyətlə, sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir. Cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Pensiyaçıların sayı isə cari ilin 1 iyul tarixinə 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5%-i) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır”.

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 01 may tarixli fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərin pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirdiyini vurğulayıb:


“Bununla da bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində mühüm faktor kimi vətəndaşların pensiya təminatı sistemində və üzləşə biləcəkləri sosial risklərin səmərəli idarə olunmasında, bu risklərin mənfi nəticələrinin minimallaşdırılmasında daha fəal iştirakı stimullaşdırılır. Qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın həyata keçirilməsi, pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi və s. kimi mühüm məsələlərin həlli təmin olunur. Eyni zamanda bu dəyişikliklər başlıca məqsədlərdən biri olan - pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına əsaslı təminat verir”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR