18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Gömrük Komitəsinin mayoru rüşvətə görə vəzifəsindən azad edilib
Dövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib.
Emtv.az xəbər verir ki, DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda bildirilir ki, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən gömrük orqanlarından xaric edilib.
Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: