SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bu gün UEFA Çempionlar Liqasında dördüncü tura start veriləcək

6-11-2018, 12:48 | Oxunub: 9 904 |

Bu gün UEFA Çempionlar Liqasında dördüncü tura start veriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna start veriləcək.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması İtaliyanın “San Siro” stadionunda keçiriləcək.
“İnter” klubu İspaniyanın “Barselona” komandasını qəbul edəcək.
Üçüncü turda bu komandalar artıq üz-üzə gəliblər.
Həmin görüşdə kataloniyalılar rəqibin qapısından iki cavabsız top keçirib.

Bu komandalar UEFA Çempionlar Liqasinda, ümumilikdə, 7 dəfə qarşılaşıblar.
Onların 4-də “Barselona”, 1-də isə “İnter” klubu qalib gəlib. İki oyun heç-heçə yekunlaşıb.
Qrupun digər oyununda PSV (Niderland) İngiltərənin “Tottenhem” klubunun qonağı olacaq (ilk oyun – 2:2).

Üç turdan sonra B qrupuna 9 xalla “Barselona” klubu başçılıq edir.
Aktivində 6 xalı olan “İnter” ikinci yerdə qərarlaşıb.
Hərəyə bir xal toplayan “Tottenhem” və PSV üçüncü və dördüncü yerləri bölüşürlər.

Turun digər maraq doğuran oyunu isə İtaliyanın Neapol şəhərində oynanılacaq.
“Napoli” (İtaliya) Fransanın PSG klubu ilə üz-üzə gələcək.
Komandalar arasında Fransada baş tutan ilk matçda qalib müəyyənləşməyib - 2:2.

C qrupuna üç turdan sonra 6 xalla “Liverpul” liderlik edir.
Beş xalı olan “Napoli” ikinci, dörd xala malik PSG isə üçüncü yerdə qərarlaşıb.
“Crevena Zvezda” 1 xalla dördüncü yerdədir.

Turun digər oyunları bunlardır:

A qrupu

“Monako” (Fransa) – “Brügge” (Belçika),

“Atletiko Madrid” (İspaniya) – “Borussiya” (Almaniya
).

B qrupu

“İnter” (İtaliya) – “Barselona” (İspaniya),

“Tottenhem” (İngiltərə) - PSV (Hollandiya).

C qrupu

“Crevena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə),

“Napoli” (İtaliya) – PSG (Fransa).

D qrupu

“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə),

“Portu” (Portuqaliya) – “Lokomotiv” (Rusiya).


Xumar Rəsulova
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR