18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Akrobatika üzrə dünya kuboku yarışları Bakıda keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası gimnastikanın daha bir növü üzrə beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır.
Emtv.az xəbər verir ki, noyabrın 17-18-də Milli Gimnastika Arenasında gimnastikanın ən maraqlı və həyəcanlı növlərindən biri olan akrobatika üzrə Bakıda ilk dəfə olaraq dünya kuboku təşkil olunacaq.
İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha böyük gimnastlar kişi cütlüyü, qadın cütlüyü, qarışıq cütlük, qadın qrupu və kişi qrupu tərkibində mübarizə aparacaqlar. İlkin sifarişə əsasən, Azərbaycan akrobatları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Portuqaliya, Rusiya və Ukrayna komandaları turnirdə iştirak etmək üçün qeydiyyatdan keçiblər.
Ölkəmizi kubok yarışlarında son Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı və Ağasif Rəhimov–Nurcan Cabbarlı təmsil edəcəklər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının gümüş medalçıları Seymur Cəfərov–Murad Əkpərov ən yaxşı yer uğrunda mübarizə aparacaqlar.
Turnirdə ən yüksək icra xalını toplamış cütlüklər və qruplara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Aysu Aliyeva
Emtv.az
Paylaş:
azertag