18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
QADIN GÜLƏŞÇİLƏRİMİZ BÜRÜNC MEDAL UĞRUNDA MÜBARİZƏ APARACAQLAR
Qadın güləşi üzrə açıq Rusiya kuboku yarışlarında Azərbaycan millisinin iki üzvü bürünc medal uğrunda görüşə çıxacaq.
"EMTV.az" xəbər verir ki, turnirdə 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova yerli güləşçilər Stalvira Orşuş və Yekaterina Krasnovanı üstələyərək yarımfinala yüksəlib. Monqolustan təmsilçisi Otqontsetseq Davaasuxa məğlub olan güləşçimiz bürünc medal uğrunda görüşə qatılacaq. Güləşçimizin rəqibi Qazaxıstan təmsilçisi Juldız Eşimova olacaq.
Digər idmançımız Tatyana Omelçenko (60 kq) mübarizəyə 1/8 finaldan başlayıb. İlk görüşdə rusiyalı Yelizaveta Sorokina üzərində tam üstünlüklü qələbə qazanan güləşçimiz növbəti görüşdə digər yerli idmançı Lyubov Ovçarovaya məğlub olub. Rəqibin finala çıxması ilə Tatyana Omelçenko bürünc medal şansı əldə edib. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Yekaterina Vyunova (Rusiya) olacaq.
Turnirə dekabrın 11-də yekun vurulacaq.