18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ İrandan neft almağa razılıq verdi
ABŞ və Hindistan bu aydan İrana qarşı qüvvəyə minəcək sanksiyalar çərçivəsində İslam Respublikasından neft alışı şərtlərini razılaşdırıb.
Emt.az xəbər verir ki, bu barədə Hindistanın “Economic Times” nəşri məlumatlı mənbələrə istinadən yazıb.
Daha əvvəl Hindistan İrandan neft idxalını, təxminən, ümumi həcmin üçdə biri qədər azaltmağa qərar vermişdi.
Nəşrin mənbələrinin verdiyi məlumata görə, məsələ ilə bağlı rəsmi açıqlamanın qarşıdakı günlərdə verilməsi gözlənilir.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır.
Rəsmi Vaşinqton daha əvvəl bütün ölkələrin İrandan neft idxalını sıfıra endirməli olduğunu tələb edirdi, ancaq bu gün ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bəzi dövlətlərin İrandan neft almağı davam etdirmələrini anlayışla qarşıladıqlarını və onların İrandan neft tədarükünü dərhal sıfır səviyyəsinə endirə bilməyəcəklərini, ABŞ-ın tərəfdaşları və dostlarına ziyan vurmaq istəmədiyini söyləyib.
Aynurə Kərimli
Emtv.az
Paylaş:
report