SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Ölkəmizin Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

31-10-2018, 16:42 | Oxunub: 9 453 |

“Ölkəmizin Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.

Emtv.az xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək, tədbirin muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunduğunu vurğulayıb. Müsabiqə barədə məlumat verən nazirlik əməkdaşı bildirib ki, muxtar respublikada fəaliyyət göstərən tələbə-gənclər təşkilatları ilə işin canlandırılması, tələbə-gənclər təşkilatları sədrlərinin fəallığının artırılmasına stimul vermək məqsədilə həyata keçirilən “Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsi dörd yarışmadan ibarətdir.

Müsabiqənin “Təbiətsevər” yarışmasında ilk üç pillədə müvafiq olaraq Naxçıvan Dövlət Universiteti (NDU), Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Dövlət Texniki Kollecinin komandaları qərarlaşıblar.

“Azərbaycan gəncliyinə doğan Günəş” mövzusunda məqalə yarışmasının qalibi isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Fatimə Həsənova olub. NDU-nun tələbəsi Gülay Tahirli və Naxçıvan Musiqi Kollecinin tələbəsi Gülzar Heydərli ikinci və üçüncü yerlərə layiq görülüblər.

“Vətənpərvər” qısametrajlı film yarışmasında Naxçıvan Dövlət Texniki Kollecinin komandasının çəkdiyi film qalib adını qazanıb. NDU və Naxçıvan Müəllimlər İnstitutunun komandaları ikinci və üçüncü olublar.

“On/off” video yarışmasının qalibi isə NDU-nun tələbəsi Kənan Hacızadə olub. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Elcan İbrahimov və Naxçıvan Tibb Kollecinin tələbəsi Aytac Mərdanlının da hazırladıqları videolar mükafatçılar sırasına düşüb.

Mükafatlandırma mərasimində qalib komandaların hazırladıqları videolar nümayiş etdirilib.

Sonra qalib komandalar və onların üzvləri mükafatlandırılıblar.

Tədbir konsert proqramı ilə başa çatıb.

Aynurə Kərimli
Emtv.az

“Ölkəmizin Gənclər Paytaxtının ən yaxşı tələbə-gənclər təşkilatı” müsabiqəsinin qalibləri mükafatlandırılıb




















Paylaş
azertag

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR