18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Tibb Kollecinin komandası “Nuh yurdu” intellektual oyununun qalibi olub
Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Nuh yurdu” intellektual oyununa yekun vurulub.
Emtv.az xəbər verir ki, oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanında Gənclər Fondunun, muxtar respublikanın Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək intellektual oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onların arasında bilik və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək olduğunu bildirib və komandalara uğurlar arzulayıb.
Səkkiz komandanın iştirak etdiyi oyun yarımfinal və final mərhələsindən ibarət olub. “Ulduz”, “Loğman”, “Simai-Şəms” və “Qafqaz” komandaları finala vəsiqə qazanıblar.
Oyunun yekun nəticəsinə əsasən Naxçıvan Tibb Kollecinin “Loğman” komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Ulduz” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Simai-Şəms” komandası isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalara təşkilatçıların kubok, diplom, fəxri fərmanları və oxunması zəruri olan kitablar külliyyatı təqdim olunub.
Emtv.az