SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvanda gənc polis əməkdaşlarının andiçmə mərasimi olub

31-10-2018, 16:32 | Oxunub: 16 292 |

Naxçıvanda gənc polis əməkdaşlarının andiçmə mərasimi olub

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində üçaylıq ilkin hazırlıq kursu keçmiş gənc polis əməkdaşlarının andiçmə mərasimi təşkil olunub.

Emtv.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov çıxış edərək bildirib ki, muxtar respublikanın daxili işlər orqanlarında kadr potensialının formalaşdırılmasına, əməkdaşların qanunçuluğa, xidməti və icra intizamına, etik davranış qaydalarına ciddi əməl etmələrinə, anda sədaqət ruhunda tərbiyə olunmalarına, həmçinin nəzəri-praktik, mənəvi-psixoloji hazırlıqlarının təmin edilməsinə xüsusi diqqət yetirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılan Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi kadr hazırlığı işində mühüm əhəmiyyətə malikdir. Hazırda Orta İxtisas Polis Məktəbinin inzibati bina kompleksinin tikilməsi, əməkdaşların peşə hazırlığının yüksəldilməsi üçün dərs proqramlarının və təhsil müddətinin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi və andiçmə mərasiminin dövlətçilik tariximizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edən Dövlət Bayrağı Muzeyində keçirilməsi göstərilən yüksək diqqətin bariz nümunəsidir.

Qeyd olunub ki, ilkin hazırlıq kursunu müvəffəqiyyətlə başa vurmuş 28 gənc polis əməkdaşı bütün xidməti dövrü anda sadiq qalmalı, peşəkarlığını artırmaq üçün daim öz üzərlərində çalışmalı, ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində vəzifə borcunu ləyaqətlə yerinə yetirməlidirlər.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Yusif Həsənov gənc əməkdaşları təbrik edib.

Sonra andiçmə mərasimi başlayıb, gənc əməkdaşlar təntənəli şəkildə polis andı içiblər.

Tədbirdə polis baş serjantı Sami Səfərov çıxış edərək gənc polis əməkdaşları adından yaradılan şəraitə və göstərilən etimada görə dövlətimizə minnətdarlıq edib, Vətənə, xalqa, dövlətə sədaqət ruhunda xidmət edəcəklərini bildirib.

Sonda Dövlət Bayrağı Muzeyində nümayiş etdirilən eksponatlara baxış olub.

Sevinc Əlimova
Emtv.az

Naxçıvanda gənc polis əməkdaşlarının andiçmə mərasimi olub



























Paylaş:
azertag

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR