SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının yaradılmasının 25-ci ildönümü qeyd olunub

21-09-2017, 16:05 | Oxunub: 11 321 |

Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının yaradılmasının 25-ci ildönümü qeyd olunub

Naxçıvan Muxtar Respublikasında təhlükəsizlik orqanlarının yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Sonra tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 2017-ci il 19 sentyabr tarixli Sərəncamını oxuyub. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları ilə təltif ediliblər.

Cəlil Rüstəmov tədbirdə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik orqanları 25 ildə mühüm inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və onun rayon şöbələrinin fəaliyyəti üçün lazımi şərait yaradılıb, müasir xidməti binalar istifadəyə verilib. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi 1992-ci il 20 sentyabr tarixli qərara əsasən Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 18 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında muxtar respublikanın Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb. Bu fərmandan sonra Dövlət Təhlükəsizliyi Xidmətində aparılan islahatlar müasir dövrün təhdid və çağırışları nəzərə alınmaqla xidmətin səmərəli və çevik təşkil olunmasına təkan vermişdir. Bu gün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizin və muxtar respublikanın maraqlarına qarşı yönəlmiş təhdidlərin vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması üçün fəaliyyətini gücləndirir.

Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, polkovnik Ələşrəf İbrahimov şəxsi heyəti yubiley münasibətilə təbrik edərək deyib ki, bu gün xidmətin fəaliyyətinin səmərəli təşkili üçün ardıcıl tədbirlər həyata keçirilir. Xidmət yüksək dövlət qayğısı ilə əhatə olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək, bundan sonra da öz vəzifə borclarını uğurla yerinə yetirəcəklər.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları çıxış edərək təhlükəsizlik orqanlarının 25 ildə keçdiyi yoldan və onlara göstərilən qayğıdan danışıblar.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-mayor Fazil Ələkbərov yubiley münasibətilə Xidmət əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Dövlət təhlükəsizlik orqanlarında səmərəli fəaliyyətlərinə görə Ali Məclis Sədrinin sərəncamı ilə təltif olunan əməkdaşlara “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim edilib. Bir qrup əməkdaşa isə növbəti rütbələr və pul mükafatı verilib, təşəkkür elan edilib.

Təltif olunanlar onlara göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR