18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda keçirilən sambo birinciliyi başa çatıb
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2006-2008-ci illər) arasında keçirilən sambo üzrə şəhər birinciliyinə yekun vurulub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 60 idmançı mübarizə aparıb.
Beynəlxalq Sambo Federasiyasının mövcud qaydalarına əsasən keçirilən yarışda Rəhim Qaybalıyev (27 kiloqram), Səid Seyidov (30 kiloqram), Məhəmməd Qasımlı (33 kiloqram), Sami Səfərov (36 kiloqram), Əsgər Səfərov (39 kiloqram), Məhəmməd İsayev (42 kiloqram), Nihat Hətəmli (46 kiloqram), Tofiq Nəcəfov (50 kiloqram) və Rauf Cabbarlı (55 kiloqram) birinci olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomlarla təltif ediliblər.
İsmayil İsmayilov
Emtv.az