18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
Milli Məcliisn oktyabrın 30-da və noyabrın 2-də keçiriləcək iclaslarının gündəliyinə 57 məsələ daxil edilib.
Emtv.az xəbər verir ki, Milli Məclisin oktyabrın 30-da keçirilən iclasında deputatlar parlamentin komitə sədr müavinlərini seçəcək.
Bununla belə parlamentarilər “Diplomatik xidmətə verilən töhfəyə görə”, “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” medallarının təsis edilməsini müzakirə edərək qəbul edəcəklər.
Deputatlar həmçinin “Təhsil haqqında” qanuna, Mülki Prosessual Məcəlləyə, Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləsinə, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri müzakirə edəcəklər. Parlamentarilər “Banklar haqqında”, “ İpoteka haqqında”, “Lotereyalar haqqında”, İİnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, qanunlara dəyişikliklər və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və sair qanunlar müzakirə olunacaq.
İsmayil İsmayilov
Emtv.az