SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İraq hökuməti İranın sifarişi əsasında 7 türkmən zabiti həbs etdi – Tehran İran-İraq savaşında iştirak edən zabitlərdən qisas alır

26-10-2018, 16:21 | Oxunub: 9 083 |

İraq hökuməti İranın sifarişi əsasında 7 türkmən zabiti həbs etdi – Tehran İran-İraq savaşında iştirak edən zabitlərdən qisas alır

İraqda prezident seçkisi və yeni hökumətin qurulmasından sonra, qalmaqallı həbslər başlayıb.

Emtv.az xəbər verir ki, həbslər çərçivəsində İraqda təqaüddə olan 7 türkmən zabit də saxlanılıb.

İraq kəşfiyyatı tərəfindən hazırlanan hesabat çərçivəsində saxlanılar türkmən zabitlər, İran-İraq müharibəsində iştiraklarına və Hələpçə qətliamı bəhanəsi ilə həbs olunublar.

Qalmaqalı həbslərə sərt reaksiya göstərən İraq türkmənləri, həbslərin İran-Tələbani-Bərzani arasında yeni hökumətin qurulması ilə bağlı danışıqlardan sonra həyata keçirilməsinə diqqət çəkiblər.

Türkiyənin “Yeni Şafak” qəzetinə danışan İraq hökumətindəki bir səlahiyyətli həbslərin arxasında İranın durduğunu açıqlayıb. İraqlı mənbə, rəsmi Tehranın İran-İraq müharibəsində iştirak edən türkmən zabitlərdən qisas aldığını deyib.

“Türkmən zabitlərə qarşı əməliyyat İraq Daxili İşlər naziri Qasım əl Araci tərəfindən başladılıb. Həbs olunan keçmiş zabitlərə işgəncələr verilib və onlardan zorla ifadə almağa cəhd göstərilib”- iraqlı rəsmi belə deyib.

Prosesləri dəyərləndirən iraqlı türkmənlər, mayor, polkovnik və kapitan rütbəsində olan türkmənlərin gündəm dəyişdirmə məqsədi ilə həbs olunduqlarını bildirirlər. Təqaüddə olan mayor Fevzi Həsən, Türkmən Cəbhəsinin gərgin səyləri nəticəsində sərbəst buraxılıb. Mayor Abdulsəttar və kapitan İlham bəy olmaqla digər 6 nəfərin həbsi isə davam edir. İraqlı türkmənlər, Haləpçə qətliamı zamanı Səddam Hüseynin xüsusi qoşunlarının vəzifə aldığını və heç bir türkmənin bu prosesdə iştirak etmədiyini bildirirlər.

İraqda 12 may 2018-ci ildə keçirilən seçkilərin ardından, sentyabr ayında keçirilən görüşlər nəticəsində Bəhram Saleh prezident elan olunub. Salehin ilk fərmanı isə seçkilərə müstəqil namizəd olaraq qatılan şiə siyasətçi Adil Abdulmehdini hökumət başına gətirmək oldu. Açıqlanan hökumətdə heç bir türkmənə yer verilmədi.

Yeni hökumətinin bağlı qapılar arxasında məzhəb və etnik amillər əsasında formalaşdığını qeyd edən İraq Türkmən Cəbhəsinin sözçüsü Əli Mehdi, bu hökumətin iraqlıları təmsil etmədiyini deyib.

“Bu vəziyyət türkmənləri yox saymaq deməkdir. Bu hökumət başda türkmənlər olmaqla milyonlarla iraqlını təmsil edə bilməz” – Əli Mehdi belə deyib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR