18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ərşad Salehi: “Kərkük hazırda İraq ordusunun və polisin nəzarətindədir, peşmərgələr buradan uzaqlaşdırıldı”
“Kərkükdə yeni üsul-idarə tətbiq olunması üçün İraqmərkəzi hökuməti ilə danışıqlar aparırıq”.
Emtv.az xəbər verir ki, bu sözləri apa-nın Türkiyə bürosuna açıqlamasında İraqTürkmən Cəbhəsinin lideri Ərşad Salehi deyib.
Kərkükdə yaranmış vəziyyətlə bağlı sualı Ə. Salehi belə cavablandırıb: “Hazırda Kərkük şəhərimiz tamamilə İraq ordusunun və federal polisinin nəzarətindədir. Peşmərgələr buradan uzaqlaşdırıldı. Ordu və federal polis neft şirkətinə və başqa dövlət müəssisələrinə də əl qoyub. Şəhərdə gərginlik hələ də davam edir. Şəhərə gəlmiş PKK terrorçuları hələ də müqavimət göstərməyə çalışsalar da, İraq ordusu və federal polis bir neçə saat içində onları da Kərkükdən tamamilə təmizləyəcək”.
Türkmənlərin durumu barədə suala cavab verən Ə. Salehi bildirib ki, bir neçə evə peşmərgələrin atdığı raketlər düşüb: “Türkmən Cəbhəsinin komandanlarından biri şəhid oldu, bir neçə yaralımız var. Bu sıxıntılı dönəmi keçmək üçün xalqımızı sakit olmağa dəvət etmişəm. Kərkükdə yeni üsul-idarə yaradılması və yeni vali təyin edilməsi üçün İraqın mərkəzi hökumətiylə danışıqlar aparırıq. Ən yaxın müddətdə danışıqları başa çatacaq və Kərkükdə yeni üsul-idarə fəaliyyətə başlayacaq”.
Emtv.az