18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Göygöldə meşədə polisə hücum etdilər, atəş açıldı – Yaralananlar var
Oktyabrın 25-də saat 19 radələrində Göygöl rayonunun Qarabulaq kəndinin meşə zolağının meşəbəyisi Rayon Polis Şöbəsinə zəng edərək 2 naməlum şəxsin həmin ərazidən sakinlərə məxsus mal-qaranı oğurlamağa cəhd göstərdiyini bildirib.
Emtv.az xəbər verir ki, DİN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Qarabulaq kəndi ərazisində xidmət aparan Sarısu Polis Bölməsinin əməkdaşı kənd sakini Saleh Məmmədovla birgə həmin şəxsləri saxlayarkən onlar polis əməkdaşına və S.Məmmədova dəyənəklə xəsarət yetirib, bıçaqla hücum ediblər.
Həmin şəxslərin qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədilə polis əməkdaşı “Makarov” markalı xidməti tabel silahından xəbərdarlıq məqsədilə havaya bir neçə atəş açıb. Lakin həmin şəxslər hüquqazidd əməllərini davam etdirdiklərindən və bıçaqla ciddi müqavimət göstərdiklərindən polis əməkdaşı təkrar atəş açaraq onlardan birinin ayaq nahiyəsinə xəsarət yetirmək məcburiyyətində qalıb.
Hadisə yerinə gəlmiş digər əməkdaşların köməkliyi ilə həmin şəxslər saxlanılıblar.
Araşdırmalarla onların Yevlax rayon sakini İnşallah Miriyev (xəsarət alan) və Ağcabədi rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Şaiq Hümbətov olduqları müəyyən edilib.
Polis əməkdaşı, S.Məmmədov, habelə İ.Miriyev xəstəxanaya yerləşdirilib, V.Hüseynova və S.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İsmayil İsmayilov
Emtv.az