18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma: Yaralanan var – Yenilənib
Oktyabrın 25-də saat 22 radələrində Gəncə şəhərindəki çay evlərindən birində şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qurban Qurbanov və Tural Əliyevlə həmyerliləri, əvvəllər məhkum olunmuşlar Edqar Nəsirov və Namiq Kərimov arasında mübahisə baş verib.
Bu zaman E.Nəsirov tapançadan Q.Qurbanova atəş açmaq istədiyindən sonuncu ona bıçaqla xəsarət yetirib, habelə N.Kərimov tüfəngdən bir dəfə atəş açıb, xəsarət alan olmayıb.
Emtv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir.
Sonradan N.Kərimov xəsarət alan E.Nəsirovu xəstəxanaya aparmaq məqsədilə çay evindən çıxaraq oradan keçən Kəpəz RPİ-nin xidmətdən kənar vaxtı mülki geyimdə olan əməkdaşı Allahverdi Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobili saxlayıb, onları xəstəxanaya aparmalarını tələb edib. Polis əməkdaşı yolda xəsarət alanı xəstəxanaya, onu isə Polis İdarəsinə aparacağını bildirib. Bu zaman N.Kərimov tüfənglə onu hədələyib və nəqliyyat vasitəsindən düşərək qaçıb.
Xəstəxanaya yerləşdirilən E.Nəsirovun vəziyyəti ağırdır.
Gəncə Şəhər Baş Polis İdarəsinin və şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Qurbanov “Sınıq körpü” sərhəd-keçid məntəqəsində tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
***
Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma olub.
Emtv.az “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verib.
Belə ki, 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında silahlı insident olub. Hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov yaralı halda xəstəxanaya yerləşdirilib.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Emtv.az