SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Cəmiyyətin inkişafında təhsil mühüm rol oynayır” – Prezident

26-10-2018, 15:58 | Oxunub: 10 143 |

“Cəmiyyətin inkişafında təhsil mühüm rol oynayır” – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru” adlı “dəyirmi masa”nın iştirakçılarına müraciət ünvanlayıb.

Emtv.az xəbər verir ki, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev oxuyub.
Müraciətdə bildirilir: “Hörmətli tədbir iştirakçıları. Sizi səmimi qəlbdən salamlayır və Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının yaradılması münasibətilə təbrik edirəm.

Sürətlə qloballaşan dünyada hər bir fəaliyyət sahəsi yeni ideyalar və baxışlar tələb etməklə gənclərin elmi biliklərə əsaslanan bacarıq və vərdişlərə yiyələnməsini labüd edir. Buna görə də cəmiyyətin inkişafında elm və təhsil mühüm rol oynayır.

Təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. Gənclər siyasəti çərçivəsində həyata keçirdiyimiz bir çox proqramlar mövcud potensialın üzə çıxarılması, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafına yönəldilməsi məqsədlərini daşıyır. Təsadüfi deyildir ki, Azərbaycan “Ekspo-2025” üçün Bakının namizədliyini irəli sürərkən “İnsan kapitalını inkişaf etdirərək daha yaxşı gələcək quraq” mövzusunu seçmişdir.

Eyni zamanda, Azərbaycanda əcnəbi gənclərin təhsili sahəsində xoş ənənələr mövcuddur. Ali məktəblərimizin qapıları xarici ölkə vətəndaşlarının üzlərinə həmişə açıq olmuşdur. Belə ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində on minlərlə əcnəbi gənc Azərbaycanda ali təhsil almış, ən müxtəlif ixtisaslara yiyələnmişdir. Sevindirici haldır ki, bu gün həmin gənclər öz ölkələrinin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fəal iştirak edərək multikulturalizm məkanı olan Azərbaycanla mənəvi körpü rolunu oynayırlar.

Bu gün biz xarici ölkə vətəndaşlarının Azərbaycanda təhsili üçün yeni-yeni təşəbbüsləri irəli sürür və gerçəkləşdiririk. Təkcə onu demək kifayətdir ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına, eləcə də gələn ildən sədrlik edəcəyi Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşlarının ali məktəblərimizdə təhsili məqsədilə qrant proqramları təsis etmişdir və bu proqramlar müvəffəqiyyətlə həyata keçirilir.

Ümidvaram ki, Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün iştirakçısı kimi, siz yenidən Bakıya gəlməkdən məmnun qalacaq, tələbəlik çağlarınızla bağlı olan paytaxtımızdan vətəninizə ən xoş təəssüratlarla dönəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə töhfələr verəcəksiniz.

Sizə cansağlığı, işlərinizdə uğurlar diləyirəm”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR