SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Köçəryandan Ermənistan hakimiyyətinə sərt mesaj

25-10-2018, 17:26 | Oxunub: 7 978 |

Köçəryandan Ermənistan hakimiyyətinə sərt mesaj

“Hökumətin tez-tez dəyişməsi dolaşıqlığa gətirib çıxaracaq”.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan “Ayoç aşxar” qəzetinə müsahibəsinə deyib.

Onun sözlərinə görə, ildə bir dəfə və ya iki dəfə hökumətin tərkibinin və yaxud nazirin dəyişməsi sonda ölkədə böhrana gətirib çıxaracaq.

“Çünki bu gün vəzifəyə təyin edilənlərin əksöəriyyətinin idarəetmə təcrübəsi yoxdur. Təcrübə toplamaq üçünsə vaxt lazımdır. Rəhbər struktura təyin olunan şəxs builməlidir ki, biz haradayıq, nə etməliyik?”-Köçəryan qeyd edib.

Onun fikrincə, belə olan halda isə hakimiyyətin effektli idarəolunmasından danışmağa dəyməz: “O baxımdan da ciddi problemlərin olduğunu görürəm”.

Köçəryan əlavə edib ki, bundan başqa da problemlər olacaq. “Yeni parlament seçkiləri keçiriləcək və mənim düşüncəmə görə, bu parlament təcrübəsiz qaniunverici hakimiyyət olacaq. Təcrübəsizdirlər. Onlara zaman lazımdır ki, qərarların qəbul edilmə texnologiyasını öyrənsinlər”.

Bölgədə vəziyyətin əvvəlki illərlə müqayisədə daha mürəkkəb olduğunu qeyd edən Köçəryan bildirib ki, hakimiyyət praktik siyasət yürüdərək, gepolitik çağrışlara uyğun addımlar atmalıdır.

“Bölgədə vəziyyət olduqca mürəkkəb və gərgindir. O zaman Türkiyənin yürütdüyü siyasəti qiymətləndirmək daha asan idi. Ankara Avropa İttifaqının üzvü olmağa çalışırdı. ABŞ-la İran arasında münasibət gərgin olsa da, indiki kimi deyildi. Bundan əlavə, Suriya faktorunu unutmaq lazım deyil. Odur ki, bölgədə yeni faktorlar meydana gəlib ki, bu da vəziyyəti daha da gərginləşdirib. Bütün bunlar isə Qərblə Rusiyanın güc mərkəzlərinin qlobal qarşıdruması fonunda baş verir. O baxımdan da bu gün komplementar siyasət yürütmək daha da mürəkkəbləşib. Ən azından ona görə ki, manevr imkanları xeyli daralıb. Ona görə də indi daha çox diplomatik ustalığa ehtiyac var. Ortaq nöqtə tapıb, öz rolunu oynamağı bacarmalısan. Paşinyan hakimiyyətinin belə bir oyun qurmaq üçün qabliyyəti var ya yox, deyə bilmərəm”- Köçəryan bildirib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR