18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Erməni generalları birləşmiş Rusiya-Ermənistan qoşun qruplaşmasının Qarabağa yeridilməsi haqda
Ermənistan-Rusiya birləşmiş qoşun qruplaşmasının mümkün Qarabağ müharibəsi zamanı tətbiq edilməsi məsələsi yenidən gündəmə gəlib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, jurnalistlər bu haqda birləşmiş qoşun qruplaşmasının komandanı, general-mayor Tiqran Pərvanyandan soruşublar.
Qruplaşmanın Qarabağ istiqamətində hücumu dəf etməyə hazır olub-olmadığı haqda suala cavab olaraq general deyib ki, əslində bu qruplaşma Qarabağda hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.
“Hadisələr necə inkişaf edəcək, biz bilmirik. Əlbətdə, biz bilirik ki, düşmən kimdir və hansı silahları var. Lakin hadisələr necə inkişaf edəcək, onu əvvəlcədən bilmək olmaz. Mən ancaq onu deyə bilərəm ki, əgər Allah eləməmiş, lazım gəlsə birləşmiş qruplaşma qarşıda qoyulmuş vəzifəni yerinə yetirməyə hazırdır”-Pərvanyan belə deyib.
Birləşmiş qruplaşmanın keçmiş komandanı, hazırda silahlı qüvvələrin Baş qərargah rəisi olan general Andranik Markaryan da bu mövzuda suala cavab verib. General deyib ki, Ermənistana təhdid yaranarsa “bütün güc və qüvvə tətbiq edilməlidir”. Onun sözlərinə görə, bura qruplaşma da, ölkənin təhlükəsizliyini təmin etməli olan digər qüvvələr də daxildir.
“Qruplaşma Ermənistanın, regionun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Yəni Ermənistanı təhlükənin gözləyə biləcəyi bütün istiqamətlər üçün”-Markaryan bildirib.
İsmayil İsmayilov
Emtv.az