18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu ilin 9 ayında Naxçıvandakı muzeyləri 435 min tamaşaçı ziyarət edib
Bu ilin ötən 9 ayında Naxçıvan Muxtar Respublikasındakı muzeyləri 139 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 435 min tamaşaçı ziyarət edib.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən bildirilib ki, bu dövrdə muzeylərə 1065 yeni eksponat verilib, muzeylərlə təhsil müəssisələri arasında 7 distant və 224 açıq dərs keçilib, əlamətdar günlərlə bağlı 79 sərgi açılıb.
Muxtar respublikanın kitabxanalarında oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılıb, ötən 9 ayda 799 mədəni-kütləvi tədbir keçirilib, 331 sərgi açılıb, “Oxunması zəruri olan kitablar”la bağlı 147 müzakirə təşkil olunub. Kitabxanalara yeni oxucu gəlişi 1785, müraciət edən oxucuların sayı 100 min 964 nəfər olub, elektron kitabxanadan 4724 oxucu istifadə edib.
2017-2018-ci tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirib. Yeni tədris ilində məktəblərə 990 şagird qəbul olunub, istedadlı tələbə və şagirdlərin konsertlərinin təşkili diqqətdə saxlanılıb.
Ötən dövrdə teatr kollektivləri tərəfindən ictimaiyyətə 20 tamaşa təqdim olunub, Naxçıvan şəhərində və rayonlarda 40-a yaxın bədii və sənədli film nümayiş etdirilib.
Bu ilin ötən 9 ayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı–2018” devizi altında 2394 tədbir keçirilib, əlamətdar və tarixi günlərlə bağlı konsert, “dəyirmi masa” və konfranslar təşkil edilib, filmlər göstərilib, sərgilər açılıb.
İsmayil İsmayilov
Emtv.az