SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

11-10-2018, 14:58 | Oxunub: 10 546 |

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı diqqətli olmağa çağırıb

Son günlər Ukraynada yaşayan bəzi soydaşlarımızın ölkə qanunvericiliyinin tələblərini pozaraq qeyri-adekvat addım atmaları, Ukrayna ictimaiyyəti arasında narazılığa səbəb olub. Belə ki, xüsusilə,

Emtv.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi oktyabrın 9-da üç azərbaycanlı gəncin ukraynalı bloqerlərə qarşı qeyri-etik davranışları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Səfirlikdən bildirilib ki, insident baş verən videogörüntüdə azərbaycanlı gəncin guya Azərbaycanın Ukraynadakı səfirinin yaxın qohumu olduğu barədə açıqlaması ilə bağlı səfirliyə çoxsaylı müraciətlər daxil olub:

“Qeyd edilən şəxslərin Azərbaycanın Ukraynadakı səfiri ilə heç bir qohumluq əlaqəsi yoxdur. Hətta həmin gənclərin hər hansı qohumu səfirlikdə çalışmır. Bu cür halların baş verməsi isə təəssüf hissi yaradır”.

Səfirlik Ukraynada yaşayan soydaşlarımıza ölkə qanunvericiliyinə hörmətlə yanaşmağı, ictimai yerlərdə Azərbaycanın imicini qorumağa, ölkəmizin zəngin mədəniyyətini, tarixini təbliğ etməyə çağırır:

“Bəyan edirik ki, məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən birincisidir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməlidir. Azərbaycanın adını ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən qarşısında mənəvi öhdəlikdir.

Səfirlik olaraq biz bütün azərbaycanlılarla qarşılıqlı işləməyə hazırıq, qarşılaşdıqları haqsızlıqlar olduğu halda tolerant olmasını və dərhal səfirliyə müraciət etmələrini xahiş edirik. Onu da qeyd edək ki, yaxın günlərdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri və ziyalılarının iştirakı soydaşlarımızın Ukraynadakı vəziyyəti, problemlər və qarşıda duran məsələlərə dair “dəyirmi masa” təşkil ediləcək”.

İsmayil İsmailov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR