17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib
Azərbaycanın Ukraynadakı səfirliyi Azərbaycan mətbuatına müraciət edib.
Müraciətdə bildirilir ki, son zamanlar yerli mətbuatda Ukraynada yaşayan bəzi azərbaycanlıların problemləri və o cümlədən aktiv fəaliyyət göstərən Azərbaycan şirkətləri ilə bağlı məlumatlar şişirdilir.
Bildirilir ki, bu kimi yazılar ölkənin imicinə zərbə vurur: “Qeyd etmək lazımdır ki, Azərbaycanla Ukrayna arasında tarixi köklərə əsaslanan xüsusi dostluq və strateji əlaqələr mövcuddur və çoxsaylı oxucu kütləsini cəlb etmək üçün yazılan bu kimi sensasiya xarakterli yazılar bu münasibətlərə təsir edə bilməz. Hətta Azərbaycan şirkətləri və azərbaycanlılar hansısa çətinliklərlə üzləşsə belə, bu məsələlər işgüzar səviyyədə, iki ölkənin hökumətləri arasında qarşılıqlı anlaşma əsasında həll olunur”.
Qeyd olunub ki, Azərbaycanla Ukrayna arasında bütün səviyyələrdə qarşılıqlı anlaşma və yüksək siyasi dialoq mövcuddur. Bütün bunları nəzərə alaraq, Ukraynanın Azərbaycandakı səfirliyi kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, Azərbaycan-Ukrayna əlaqələrinə dair materiallar dərc edilərkən səfirliklə razılaşdırılsın və razılıq olmadan səfirliyin adından məqalələr dərc olunmasın.
Emtv.az