18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyədə 386 minlik dələduzluq – Dəstə üzvləri arasında azərbaycanlı da var
Türkiyənin Bursa şəhərində özlərini hakim və polis kimi təqdim edərək dələduzluq edən 5 nəfərdən ibarət dəstə saxlanılıb. Onlar Türkiyə vətəndaşları – 74 yaşlı V.B və 64 yaşlı F.H.-nı aldadaraq 368 min lirə pulun arxasına keçiblər. Tutulan dəstə üzvlərindən biri – S.Z. adlı şəxs azərbaycanlıdır.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, şübhəlilərdən biri özünü vəkil kimi təqdim edərək V.B.-yə zəng edib və bankdakı pulunun FETÖ terror təşkilatı tərəfindən istifadə olunduğunu deyib. Bildirib ki, pulu bankdan çəkərək onlara verməlidir. Sonra dəstə üzvləri həmin şəxsin bankdan çıxardığı 24 min 75 türk lirəsi məbləğində pulu alaraq aradan çıxıblar. Aldadıldğını başa düşən V. B. isə polisə müraciət edib.
Polis cinayətkar dəstə ilə bağlı araşdırmaya başladığı müddətdə şübhəlilər bu dəfə təqaüddə olan dövlət məmuru F.H.-ya zəng edərək aldadıblar. Bu dəfə özünü polis kimi təqdim edən dəstə üzvü eyni üsulla pulu sahibinin əlindən alıb. F.H. bankdan çıxardığı 310 min 510 TL, 2 min 287 dollar və 2 min 750 avto pulu şübhəlilərdən birinə təqdim edib. Onlar iki avtomobillə gəldikləri yerdən uzaqlaşıblar.
Polislərin təqib etdikləri şübhəlilər 34 yaşlı İ.Ç, 21 yaşlı H.Ç, 20 yaşlı R.D və 26 yaşlı Azərbaycan vətəndaşı S.Z avtomobildə saxlanılıb. Polisləri görərkən qaçan 41 yaşlı özbək qadın isə avtobus terminalında üzərindəki pul ilə bir yerdə saxlanılıb. Polisdəki ifadələrindən sonra məhkəməyə təslim edilən şəxslər həbs olunublar.
İsmayil İsmayilov
Emtv.az