17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gəncədə arvadı ilə birlikdə evlərə basqın edən şəxs saxlanılıb
Gəncə şəhərində müxtəlif yerlərdə evlərdən oğurluqla məşğul olan dəstə üzvlərini zərərsizləşdirib.
Fevralın 26-da Gəncə şəhərinin Cavadxan qəsəbəsində mənzildən soyğunçuluq edən şəxslər – Goranboy rayon sakinləri Elxan Yaqubovun və Adil Nuriyevin ətrafında aparılan əməliyyat-tədbirləri nəticəsində Şaiq Fəxrəddin oğlu Hacıyev və onunla birgə qeyri-rəsmi yaşayan Aytən Dəmir qızı Allahverdiyevanın da əli olduğu məlum olub. Belə ki, taksi sürücülüyü ilə məşğul olan Ş.Hacıyev və onunla qeyri-rəsmi yaşayan A.Alahverdiyeva əvvəlcədən soyacaqları evi müəyyən edərək sonradan qrup şəklində çalışdıqları E.Yaqubova və A.Nuriyeva bildiriblər. Əməliyyat zamanı məlum olub ki, saxlanılan dəstə Gəncə şəhəri ilə yanaşı, Goranboy, Şəmkir, Tovuz və başqa rayonlarda da müxtəlif evlərə girərək soyğunçuluq ediblər.
Onlar sonuncu dəfə isə Gəncə şəhərinin Cavadxan qəsəbəsində yerləşən evlərin birinə giriblər. Lakin həmin evdə kirayədə yaşayan şəxsin Daxili İşlər Nazirliyinin “102″ xidmətinə zəng edərək maskalı və silahlı şəxslərin onun yaşadığı evə basqın etdiyi barədə verdiyi məlumata əsasən saxlanılıblar.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan dəstə üzvlərindən 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq və Cavadxan qəsəbəsindəki evdə törətdikləri soyğunçuluq yolu ilə götürülmüş qiyməti 90 manat dəyərində olan mobil telefon və 20 manat dəyərində kişi üzüyü də maddi sübut kimi götürülüb.
Qeyd edək ki, dəstə üzvləri əvvəlcədən planlaşdırdıqları bütün evə Ş.Hacıyevin idarə etdiyi avtomobillə gediblər və həmin şəxs digərləri mənzildə soyğunçuluq edən zaman çöldə dayanaraq sürücülüklə yanaşı,bir növ “gözətçilik” edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Aynurə Əliyeva
Emtv.az
report