SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Gedişhaqları qalxıb, amma biz sınıq-salxaq avtobusda gedirik

3-10-2018, 13:52 | Oxunub: 7 610 |

Gedişhaqları qalxıb, amma biz sınıq-salxaq avtobusda gedirik

Tarif Şurasının qərarına əsasən avqustun 1-dən etibarən Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Emtv.az xəbər verir ki, həmin vaxt Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif Şurasının qiymət tənzimlənməsilə bağlı qərarının sərnişindaşıma xidmətinin yüksəldiməsi istiqamətində işləri sürətləndirəcəyini açıqlamışdı.

Oktyabrın 2-də saat 18:25 radələrində metronun “Xalqlar Dostluğu” stansiyasının çıxışında (“Çiçək yağışı” mağazasının yanı) sərnişin götürən 12 saylı marşrut xəttində işləyən avtobusun vəziyyəti bunun tam əksini göstərir. Modern.az-ın əməkdaşı həmin avtobusun bir pəncərəsinin şüşəsinin tamamilə sınmış halda idarə olunduğuna şahidlik edib. Evinə tələsən sərnişinlər isə heç nə olmamış kimi, adi qaydada avtobusa minib lazım olan ünvana gediblər.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələnin araşdırılacağını, daşıyıcıya lazımi xəbərdarlıq ediləcəyini bildirib.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR