SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Kommunal xidmətlərin də qiyməti qalxacaq? – Açıqlama

1-08-2018, 15:35 | Oxunub: 10 045 |

Kommunal xidmətlərin də qiyməti qalxacaq? – Açıqlama

Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib.

Qeyd edək ki, yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, kommunal xidmətlərin qiymətlərinin artlb-artmayacağı haqda ehtimalları da araşdırıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev sayta bildirib ki, yaxın zamanda bu cür artımın olub olmayacağı hələ bilinmir: “Biz də icra edən qurumuq, dövlət, tarif şurası, Milli Məclis hansı qanunu versə, o qanun da icra olunacaq”.

Azərsu mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı təmsil etdiyi qurumun gündəmində belə bir məsələnin olmadığını vurğulayıb.
Azəriqaz mətbuat katibi İbrahim Kərbalayev bildirib ki, həmin qurum tərəfindən Tarif Şurasına tariflərin artması ilə bağlı hər hansı bir müraciət olunmayıb.

İqtisadçı millət vəkili Azər Badamovun fikrincə xidmət artımı hər bir ailənin daxili büdcəsinə öz təsirini göstərəcək: “Tarif Şurasının qərarı ilə Metro və ictimai nəqliyyatda gediş haqlarının qaldırılması ilə bağlı qərar qəbul olunmuşdu və əhaliyə avqustun 1-dən yeni tariflərlə xidmət göstəriləcəkdir. Təbii ki, hamı kimi mənim ailəm də ictimai nəqliyyatdan istifadə edir və bizim ailə büdcəmizə də bu öz təsirini göstərəcəkdir. Amma biz bununla bağlı mövcud vəziyyəti də başa düşməliyik. Bizdə ictimai nəqliyyatda xidmətlər demək olar ki, regionda ən aşağı qiymətlərdir. Hətta artımdan sonra da regionda ən aşağı qiymətlər olaraq qalır. İctimai nəqliyyatda xidmətlərin müasirləşdirilməsi üçün hər il dövlət büdcəsinindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Qiymətlərin ucuz olması xidmətlərin müasirləşdirilməsində çətinlik yaradır, bu sahəyə dövlət büdcəsindən ayrılan dotasiyanın da artmasına gətirib çıxarır. Vəziyyət də həmişə belə davam edə bilməz. Dünyanın hər yerində xidmət sahələri həm xidmət göstərir, həm də pul qazanırlar. Amma bizdə isə daim dövlətin himayəsindədir. Düşünürəm bunun üçün qiymətlərdə müəyyən artıma zərurət yaranmışdı. Düşünürəm ki, gediş haqlarından gələn əlavə vəsait yeni metro stansiyaların tikintisinin sürətləndirilməsinə, müasir avtobusların alınmasına , qeyd olunan xidmət sahələrində iş fəaliyyətinin yaxşılaşdırılmasına, xidmətlərin səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir”.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR