18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tramp Ərdoğandan ABŞ-dakı FETÖ-çülərin adlarını istədi və…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı ilə bağlı ABŞ-a göndərilən sənədlərin ardından , prezident Trampın konkret adlar istədiyini və 20 nəfərlik siyahının Birləşmiş Ştatlar prezidentinə verildiyini açıqlayıb.
Emtv.az xəbər verir ki, jurnalistlərə açıqlama verən Ərdoğan Trampla görüşü zamanı FETÖ-çülərin ekstradisiyasını tələb etdiyini deyib.
“Cənab Tramp sənədlərdən çox adları ona təqdim etməyimizi istədi. Biz də 20 nəfərlik siyahını ona verdik. Nələr olacağını qarşıdakı proseslər göstərəcək. İstər Almaniya olsun, istərsə də ABŞ, biz bu siyahıları təqdim edirik. Almaniyaya 136 nəfərlik bir siyahı vermişik. Almaniyaya PKK ilə bağlı olan dörd minin üzərində adamın ismini təqdim etmişik. Nələr olacağını qarşıdakı proseslər göstərəcək. Ancaq bunların terrorizm anlayışları bizə nisbətən fərqlilidir. Bu barədə bizim kimi bir problem yaşamadıqları üçün bizi doğru anlama mövzusunda çətinlik çəkirlər”- Ərdoğan belə deyib.
İsmayil İsmayilov
Emtv.az