18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Dünən axşam Trampla danışdım, bu gün Putinlə danışacam” – Ərdoğan Suriyada baş verən son proseslər haqda
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada baş verən son proseslərə münasibət bildirib.
Emtv.az xəbər verir ki, Ərdoğan Suriyadakı proseslərin qlobal miqyasda təhlükəsizlik böhranına yol açdığını deyib:
“Suriyadakı rejim bizim gözümüzdə onsuz da qapqara imicə sahibdir. Suriyanın bilərəkdən qol güləşi məkanına çevrilməsinə qarşıyıq. Dünən axşam Trampla danışdım, bu gün Putinlə danışacam. Birlikdə kimyəvi qırğını necə dayandıra bilərik onu danışacağam. Suriya torpaqları hər kəs üçün təhlükəsiz hala gələnə qədər oradakı varlığımızı və fəaliyyətimizi davam etdirəcəyik.
Sərhədlərimiz boyu nə İŞİD, nə PYD – bir terrorçunun varlığını belə təhlükə olaraq görürük. Biz artıq Suriya və İraqda oynanılan bu teatrın bir kənara qoyulmasını istəyirik. Bu teatr üzündən dünya yaxın tarixdəki ən böyük təhdidlərlə üz-üzədir. Heç kimin Aralıq dənizi və Suriya torpaqlarını siyasi və hərbi müdaxilə alovunda yandırmağa haqqı yoxdur. Nə ABŞ ilə olan müttəfiqliyimizdən, nə Rusiya ilə geniş çərçivədə qurduğumuz strateji əlaqələrimizdən, nə də İranla birlikdə işləməkdən imtina etmək niyyətimiz yoxdur. Qatil Əsəd rejimini dəstəkləyənlər PYD-ni dəstəkləyənlər səhv iş görür. Suriyada olduğu yerə etibar, hüzur və təhlükəsizlik gətirən ölkə bizik”.
Emtv.az