18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycan Türkiyə ilə birgə silah istehsal edəcək – Ankaradan rəsmi açıqlama
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Türkiyənin silah, sursat, partlayıcı maddə, maşın, avadanlıq və digər məhsullar istehsal edən Maşınqayırma və Kimya Sənayesi Quru Maşınqayırma və Kimya Sənayesi təşkilatı (MKEK) birgə məhsul istehsal etməyi planlaşdırır. Artıq Müdafiə sənayesi nazirliyi MKEK-yə birgə məhsul istehsal etmək barədə təklif edib.
Emtv.az xəbər verir ki, bu barədə məlumat verən MKEK rəhbərinin müavini Akif Akgülün sözlərinə görə, Azərbaycanla birgə əməkdaşlıq sahədə addımlar atılmaqdadır.
“Biz Azərbaycanın müdafiə sənayesinin inkişafına ciddi dəstəklər vermişik. MKEK əvvəllər Azərbaycana “Fırtına” mərmilərini satmağa cəhd göstərsək də, bu məhsulun ixracına icazə verilmədiyindən bu təşəbbüs nəticəsiz qaldı. Buna baxmayaraq, əməkdaşlıq istiqamətdə fəaliyyətimiz davam edir. Hazırda Müdafiə sənayesi nazirliyi ilə MKEK arasında çox yaxşı münasibətlər mövcuddur. Bizim istehsal etdiyimiz snayper silahları Azərbaycan Silahlı Qüvvələrində istifadə olunur. Nazirliyin 35 istehsal müəssisəsi mövcuddur və biz bu müəssisələrə yarı məmulat və məmulat veririk. Müdafiə Sənayesi Nazirliyi rəsmiləri görüşümüzdə MKEK ilə uzun müddətli marketinq və birgə istehsal fəaliyyətləri aparmaq təklifi aldıq”- deyə A. Akgül bildirib.
Onun sözlərinə görə, ümid edirik ki, bu istiqamətdə əməkdaşlıq davam edəcək: “Uzun müddətli marketinq və birgə məhsul istehsalı ilə bağlı razılaşmaya çox yaxınıq. Bununla da MKEK-in Azərbaycanla əlaqələri daha da inkişaf edəcək”.
İsmayil İsmayilov
Emtv.az