SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ABŞ siyasətində daha bir cinsi təcavüz qalmaqalı : Trampın başı dərddə

24-09-2018, 12:47 | Oxunub: 5 145 |

ABŞ siyasətində daha bir cinsi təcavüz qalmaqalı : Trampın başı dərddə

ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə üzvlüyünə namizəd göstərdiyi hakim Brett Kavanauqh haqqındakı qalmaqalların ardı arxası kəsilmir.

Emtv.az xəbər verir ki, Kavanauqhın Yele universitetində oxuduğu zaman yoldaşı olduğunu bildirilən Deborah Ramirez, “New Yorker” jurnalına açıqlamasında yataqxanadakı bir parti zamanı hakimin ona cinsi təcavüz cəhdi etdiyini deyib.

Ötən həftə isə rofessor Kristin Blasey Ford, 1982-ci ildə Kavanaughın cinsi təcavüz cəhdinə məruz qaldığını irəli sürmüşdü. Ford məsələylə bağlı cümə günü Senatda ifadə verəcək.

ABŞ-da mübahisəli qanun layihələri ilə bağlı son sözü doqquz üzvü olan Ali Məhkəmə deyir. Bu səbəbdən də məhkəmə üzvlərinin təsdiqinə böyük əhəmiyyət verilir.

Brett Kavanauqhın ona təcavüz cəhdi etdiyini bildirən Deborah Ramirez hadisə zamanı tələbələrin partidə içki içmə oyunu oynadıqlarını bildirib.

“Tələbələr qrupda işarə etdikləri adamdan içki içməsini istəyirdilər. Bir müddət sonra, bir tələbə və Kavanauq mənə təcavüz etməyə çalışdılar. Onları itələməyə çalışırdım. O gün çox utandım və alçaldım”- Deborah Ramirez belə deyib.

“New Yorker”in yazdığına görə, 53 yaşındakı Ramirez spirtli içkilərin təsiri ilə bəzi şeyləri xatırlamır. Xəbəri qələmə alan jurnalistlər, Ramirezin iddiaları ilə bağlı onlarca sinif yoldaşıyla əlaqə qurduqlarını, üç tələbənin hadisəni eşitdiyini və ya belə bir şeydən bəhs edildiyini xatırladıqlarını bildirirlər. Qrupda olduqları deyilən iki nəfər isə iddianı rədd edib.

Məsələylə bağlı yazılı açıqlama verən Brett Kavanauqh isə ona böhtan atıldığını deyib.

“35 il öncə baş verdiyi iddia edilən bu hadisə heç vaxt baş verməyib. O zaman məni tanıyanlar belə bir şey olmadığını bilirlər və bunu deyirlər.”

Ağ Ev isə təcavüz cəhdi iddiasını “demokratların yaxşı bir adamı qaralamağa yönəlmiş böhtan kampaniyasının tərkib hissəsi” kimi qiymətləndirib və Kavanauqhın arxasında durduqlarını açıqlayıb.

İsmayil İsmayilov
Emtv.az

ABŞ siyasətində daha bir cinsi təcavüz qalmaqalı : Trampın başı dərddə
ABŞ siyasətində daha bir cinsi təcavüz qalmaqalı : Trampın başı dərddə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR