18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
ABŞ siyasətində növbəti təcavüz qalmaqalı : Prezident Trampın başı dərddə
ABŞ-da bir qadın professor, prezident Donald Trampın Ali Məhkəməyə üzv namizədi Brett Kavanauqhı təcavüz cəhdində ittiham edib.
Emtv.az xəbər verir ki, professor Kristin Blasey Ford, ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə üzvlüyünə namizəd göstərdiyi Brett Kavanauqhu ona təcavüz etməyə cəhd göstərməkdə suçlayıb.
51 yaşlı professor Ford “Vaşinqton Post” qəzetinə verdiyi açıqlamada, Kavanauqhun 1980-cı illərin əvvəllərindəki bir dəvət zamanı ona təcavüz etməyə cəhd göstərdiyini bildirib.
Kavanauqh isə yaydığı bəyanatda professora qarşı heç vaxt təcavüz cəhdi etmədiyini deyib.
Prezident Tramp tərəfindən Ali Məhkəmə üzvlüyünə namizəd göstərilən sərt mühafizəkar hakim Brett Kavanauqhun Senat tərəfindən təsdiq olunması lazımdır. Müsahibənin yayımlanmasından sonra, Demokrat Partiyalı senatorlar təyinat prosedurunun təxirə salınmasını tələb edib. Onlar Federal İstintaq Bürosunun (FBI) təcavüz ittihamları ilə bağlı istintaq aparmasını tələb ediblər.
İsmayil İsmayilov
Emtv.az