18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQ
Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsinin vurulmasına mümkün cavablardan biri Suriyaya “S-300” zenit komplekslərinin çatdırılması ola bilər.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu haqda mənbələrə istinadən “Kommersant” nəşri bildirib.
Nəşrin yüksək vəzifəli hərbi mənbəyinin sözlərinə görə, komplekslərin idarə olunması Rusiya zabitlərinə tapşırıla bilər. O əlavə edib ki, “S-300”lər Suriyaya çatdırılarsa, bu, İsraili Suriyada obyektlərə aviazərbələrdən cəkindirən amil olacaq. Mənbənin sözlərinə görə, Suriyanın hava məkanının yalnız köhnəlmiş hava hücumundan müdafiə sistemləri deyil, həm də “S-300”ün effektiv modifikasiyası bağlayacaq.
Qeyd edək ki, Rusiya əvvəlki illərdə Suriyaya “S-300”lərin çatdırılmasını gündəmə gətirmiş, ancaq İsrailin çağırışı ilə geri addım atmışdı. Son olaraq Suriyaya “S-300”lərin çatdırılması bu ilin aprelində ABŞ, Fransa və İngiltərənin Suriyaya raket zərbələri endirməsindən sonra yenidən gündəmə gəlmişdi.
2018-ci ilin iyulunda Rusiyanın Müdafiə Nazirliyinin başçısı Seygey Şoyqu bildirmişdi ki, Rusiya Suriya hökumətinə zenit-raket komplekslərinin çatdırılması imkanına baxmağa hazırdır. Nazir xatırladıb ki, bir neçə il əvvəl Rusiya qərb partnyorları, həmçinin İsrailin xahişi ilə Suriyaya bu kompleksləri çatdırmayıb. Şoyqu vurğulayıb ki, koalisiya və İsrailin Suriyaya zərbələrindən sonra bu məsələni təkrar gözdən keçirmək zərurəti ortaya çıxıb.
İsrail tərəfi isə dəfələrlə xəbərdarlıq edib ki, Rusiyanın Suriyaya “S-300” sistemləri çatdıracağı halda, Rusiya və İsrail arasındakı əlaqələr pozulacaq. Bunun siyasi bir problem yaradacağını və ciddi siyasi nəticələrinin olacağı vurğulanıb.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
İsmayil İsmayilov
Emtv.az