18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Putindən yəhudi generala TƏRS ŞİLLƏ - İsrail bunu gözləmirdi
Rusiya Aralıq dənizi üzərində vurulan "İl-20" tipli hərbi təyyarəsi ilə bağlı İsrailin təqdim etdiyi dəlilləri qəbul etməyib.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, “Hizbullah”a yaxınlığı ilə tanınan “Al Mayadeen” telekanalının verdiyi məlumata görə, Təl-Əvivin təqdim etdiyi məlumatlar Rusiyaya inandırıcı gəlməyib.
Xəbərə görə, İsrail Hərbi Hava Qüvvələri komandanı general-mayor Amikam Norkinin rəhbərliyindəki nümayəndə heyəti Rusiya prezidenti Vladimir Putinlə görüşmək istəyib. Lakin Putin İsraildən gələn heyətlə görüşmək istəməyib və onları geri göndərib.
Qeyd edək ki, sentyabrın 17-dən 18-nə kecən gecə Aralıq dənizi üzərində Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Hmeymim təyyarə bazasına qayıdan zaman radarlardan itib. Sonradan dəqiqləşdiriblər ki, “İl-20” Latakiya əyalətdə Suriya ordusunun obyektlərinə İsrailin 4 “F-16” təyyarəsinin hücumu gedişatında yoxa çıxıb.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Suriyanın Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulub. İdarədən bildiriblər ki, İsrail pilotları “İl-20”nin arxasında gizlədərək onu “S-200” kompleksinin atəşi altında qoyublar. Rusiyanın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov İsrailin hərəkətlərini “düşmən hərəkətlər” kimi qiymətləndirib.
Təyyarənin vurulması nəticəsində Rusiyanın 15 hərbçisi ölüb.
Rusiya lideri Vladimir Putin Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlərin görüləcəyini açıqlayıb.
İsrail tərəfi isə hadisə ilə bağlı məlumatları Rusiya ilə paylaşacağını bildirmişdi. Moskvaya gedən Amikam Norkinin rəhbərlik etdiyi heyət insidentin bütün aspektlərinə dair situasiya hesabatını Rusiya tərəfinə təqdim edib.
İsmayil İsmayilov
Emtv.az