18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Almaniyadan kritik açıqlama: ABŞ-la yollar ayrıldı
“Transatlantik münasibətlərdə struktur dəyişiklikləri baş verməkdədir. Qurumda baş verən proseslər Trampdan sonra da aradan qalxmayacaq. Almaniya, xüsusilə də Avropanın da bu strategiyaya hazır olması lazımdır”.
Emtv.az xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Heyko Maas DPA agentliyinə deyib.
ABŞ-da qəbul edilən bəzi qərarların ancaq “Tvitter”dən xəbər tutmaq mümkün olduğunu qeyd edən almaniyalı nazir deyib ki, hətta ABŞ-dakı bəzi adamların da Ağ Evin qəbul etdiyi qərarlardan ancaq “Tvitter”dən xəbər tuturlar.
H.Maas deyib ki, əvvəllər ABŞ-la münasibətlər tam fərqli olub və bütün önəmli məsələlər barədə qərar ciddi müzakirələrdən sonra verilib, indi isə artıq belə müzakirələr azalıb.
Almaniyalı nazir Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı daha etibarlı müdafiəsini vacibliyini qeyd edib: “Biz avropalılar, “Tvitter”dən paylaşılan xəbərin səhərisi gün ilanın ağzındakı dovşan kimi oturub nə edəcəyi vəziyyəti gözləmək lazım deyil”.
İsmayil İsmayilov
Emtv.az